AZ

Azərbaycanda güc transformatorlarının istehsalı artıb

Ötən il Azərbaycanda 1132 ədəd güc transformatoru istehsal edilib.

Bu barədə Olaylar Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu göstərici 2023-cü ilin eyni dövrü ilə müqayisədə 328 ədəd və ya 40,8% çoxdur.

Xatırladaq ki, 2023-cü il ərzində Azərbaycanda 804 ədəd güc transformatoru istehsal edilmişdi.

Ümumilikdə, ötən il Azərbaycanda 251,9 milyon manat dəyərində elektrik avadanlıqları istehsal olunub ki, bu da 2023-cü ildəki göstəricilərlə müqayisədə 36,5 milyon manat və ya 16,9% çoxdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
7
2
olaylar.az

3Mənbələr