AZ

Goranboyda 57 yaşlı kişi özünü asdı

Goranboy rayonunda intihar hadisəsi qeydə alınıb.

Bakıvaxtı.az “Qafqazinfo”ya istinadən  xəbər verir ki, 1968-ci il təvəllüdlü Məhəmməd Yusifov özünü asaraq intihar edib. 

Yaxınları onun cansız bədənini həyətdə asılı vəziyyətdə tapıblar. 

Canına qıyan şəxs rayonun Qarasüleymanlı kəndində meyvə-tərəvəz satışı ilə məşğul olub. 

Faktla bağlı araşdırma aparılır.

Seçilən
25
6
bakivaxti.az

6Mənbələr