AZ

Tramp İranın nüvə silahına sahib olmasına icazə verməyəcək

Tramp İranı böyük ölkə adlandırıb, lakin bu ölkənin nüvə silahına malik olmaq hüququnu rədd edib...

ABŞ prezidenti Donald Tramp fəlakət riskinə görə İranın nüvə silahına sahib olmasına icazə verməyəcəyini bildirib.

Poliqon xəbər verir ki, ABŞ prezidenti bu barədə Fox News telekanalında müsahibəsində bildirib.

“Mən onların böyük bir ölkə olmasını istəyirəm. Onların böyük potensialı var. İnsanlar heyrətamizdir. İran haqqında dediyim yeganə şey odur ki, onların nüvə silahı ola bilməz”, deyə Tramp bildirib.

Tramp iddia edib ki, İranın nüvə silahı əldə etməsi zəncirvari reaksiyaya səbəb olacaq, başqa ölkələr də nüvə silahı əldə etmək istəyəcək, bundan sonra isə fəlakət baş verəcək.

Qeyd edək ki, bundan əvvəl İranın Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi bildirib ki, Qərb ölkələri BMT Təhlükəsizlik Şurasının İslam Respublikasına qarşı sanksiyalarını bərpa etmək üçün snapback mexanizmindən istifadə edərlərsə, İran Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən (NPT) çıxacaq.

Poliqon.info

Seçilən
8
17
poliqon.info

10Mənbələr