Türkiyənin 23 şəhərində FETÖ-yə qarşı eyni vaxtda əməliyyat keçirilib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Daxili işlər naziri Ali Yerlikaya açıqlama verib.
Nazir bildirib ki, əməliyyatlarla 71 nəfər tutulub: "Əməliyyatlar zamanı tutulan şübhəlilər təşkilatın mövcud strukturunda fəaliyyət göstərmək, sosial media hesabları vasitəsilə FETÖ təbliğatı aparmaq, təşkilatın “ByLock” kripto rabitə proqramn istifadəçisi olmaq və sair məsələlərdə ittiham olunurlar. Bu səbəbdən Adana, Adıyaman, Aksaray, Aydın, Balıkesir, Bayburt, Biləcik, Bursa, Diyarbəkir, Ədirnə, Elazığ, Hatay, İstanbul, İzmir, Qars, Kayseri, Kocaeli, Mersin, Nevşehir, Osmaniye, Sakarya, Samsun və Tokatda əməliyyatlar keçirilib, 71 nəfər saxlanılıb. Onların ev və iş yerlərində şoxlu sayda təşkilati sənəd və sübutlar götürülüb".
Firudin Səfərli
MİA.AZ