Avropa İttifaqında qaz ehtiyatları bu qışda keçən illə müqayisədə xeyli sürətlə azalıb.
Herbiand.az AFP-yə istinadən xəbər verir ki, Avropa Qaz Anbar Platformasının məlumatına görə, hazırda qaz anbarları cəmi 58,5% doludur. Ötən qışda bu rəqəm 74 faiz təşkil edib.
Almaniyada qaz anbarları 61%, İtaliyada - demək olar ki, 68%, Fransa Aİ-də ən aşağı göstəricilərdən birini qeyd etdi - təxminən 42%.
Xorvatiyada vəziyyət daha pisdir. Burada doluluq nisbəti 40 faizdən də aşağıdır.