AZ

Aİ-də qaz anbarlarının dolumluluq səviyyəsi 55%-dən aşağı enib

Avropa İttifaqı ölkələrində qaz anbarlarının dolumluluq səviyyəsi 55%-dən aşağı enib.

Bu barədə “APA-Economics” Avropa Qaz İnfrastruktur Operatorları Assosiasiyasına (Gas Infrastructure Europe, GIE) istinadən xəbər verir.

Məlumata görə, Aİ ölkələrində anbarların dolumluluq səviyyəsi 54,65% təşkil edir, bu da son beş il ərzində bu tarix üçün orta göstəricidən 6,91 faiz bəndi azdır.

Qeyd olunur ki, Aİ ölkələri istilik mövsümü başlayandan bəri yeraltı anbarlardan təxminən 48 mlrd. kubmetrə yaxın qaz çıxarıb. Avropada istilik mövsümü 29 oktyabr 2024-cü ildə başlayıb.

Bildirilir ki, hazırda anbarlardakı qazın ümumi həcmi 60,7 mlrd. kubmetrə yaxındır.

Xatırladaq ki, 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.

Seçilən
0
2
apa.az

10Mənbələr