AZ

"Çelsi"nin də Dastanı olacaq - qazaxıstanlı futbolçuya görə 4,3 milyon avro

"Kayrat"ın hücumçusu Dastan Satpayevin "Çelsi"yə transferinin məbləği məlum olub.

İdman.biz xəbər verir ki, London klubu 16 yaşlı futbolçu üçün 4,3 milyon avro ödəyəcək ki, bu da Qazaxıstan futbolu tarixində rekord rəqəmdir.

Məbləğdə 2,4 milyon avro sabit ödəniş, qalanı isə həm "Kayrat", həm də "Çelsi" və ya icarəyə verilə biləcəyi başqa klubdakı oyunlar üçün bonuslardır.

Beş illik müqavilə 2026-cı ilin avqustunda - Dastanın 18 yaşı tamam olanda qüvvəyə minəcək.

"Zalsburq", "Bayer", "Benfika" və "Real Sosyedad" kimi klubların da gənc vunderkindlə maraqlandığı bildirilirdi.

Daha əvvəl 2 milyon avro qarşılığında “Kayrat”dan “Zenit”ə keçən Nuralı Alip qazaxıstanlılar arasında ən bahalı futbolçu olub. Qazaxıstan çempionatında isə Nemanya Maksimoviçin “Astana”dan “Valensiya”ya 3 milyonluq transferi rekord hesab edilirdi.

Qeyd edək ki, Satpayev Qazaxıstanın U-17 milli komandasının kapitanıdır.

İdman.biz

Seçilən
18
11
idman.biz

10Mənbələr