AZ

Paşinyan ABŞ-a səfər edəcək

Hurriyyet.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ-a səfərə hazırlaşır. O, fevral ayında keçiriləcək ənənəvi "Milli səhər yeməyi ibadəti" tədbirində iştirak edəcək.

Vaşinqtonda keçirilən "Milli səhər yeməyi ibadəti" tədbiri -  dünyanın aparıcı siyasətçilərini, biznes elitasını, diplomatları və dini liderləri bir araya gətirən illik tədbirdir. 1953-cü ildən bəri hər bir ABŞ prezidenti partiya mənsubiyyətindən və siyasi platformasından asılı olmayaraq bu tədbirdə iştirak edir.

Səfər çərçivəsində Paşinyanın ABŞ-ın yeni administrasiyasının nümayəndələri ilə görüşlərinin nəzərdə tutulmadığı bildirilir.

Hürr Tərcüman

 

Seçilən
33
2
hurriyyet.az

10Mənbələr