AZ

40-cı illərin məşhur modeli geri qayıdır

Son 5 ildə Avropa avtomobil sənayesində köhnə modellərin “dirçəldilməsi” hallarına çox rast gəliniur. Bu yola əsasən Stellantis qrupu baş vurur.

Avtosfer.az xəbər verir ki, indi Citroen şirkəti məşhur 2 CV modelinin yeni versiyasını hazırlamağı planlaşdırır. Məqsəd təxminən 15 min avroya ucuz və kütləvi elektromobil istehsal etməkdir. 

Qeyd edək ki, 2CV modeli ötən əsrin 30-cu illərində layihələndirilsə də, müharibəyə görə ilk təqdimat 1948-ci ildə baş tutub. Məqsəd kənd əhalisi üçün praktik avtomobil hazırlamaq idi. Bu model çox uğurlu oldu və 1990-cı ilədək 3,8 milyon ədəd istehsal edildi. Fransız filmlərinə baxanlar üçün bu model tanışdır.

İndi isə Citroen bu avtomobilin 4-cü nəslini bazara çıxarmaq istəyir.  Məqsəd həm də modelin adından istifadə etməkdir.

Vüqar Yaşaroğlu

Seçilən
12
27
avtosfer.az

10Mənbələr