Mənzil İnşaatı Dövlət Agentliyi 2024-cü il üzrə maliyyə-təsərrüfat fəaliyyətinin auditi ilə bağlı elan etdiyi kotirovka sorğularına yekun vurub.
"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, sorğunun qalibi "Nexia Azerbaijan" QSC-dir.
Qalib şirkətə 30 680 manat ödəniləcək.
Xatırladaq ki, ötən il də bu tenderin qalibi "Nexia Azerbaijan" olub. Şirkətə 29 500 manat ödənilib.