AZ

BMT: Qəzzanın yenidən qurulması 80 il çəkəcək

Birləşmiş Millətlər Təşkilatı (BMT) İsrailin 7 oktyabr 2023-cü ildə başlayan və 471 gün davam edən hücumlarının hədəfi olan Qəzza zolağında infrastrukturun və yerli əhalinin həyatının yenidən qurulmasının illər alacağını açıqlayıb.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyinin (UNRWA) sosial media hesabından Qəzzadakı vəziyyətlə bağlı açıqlama verilib.

Təxminən 2,3 milyon əhalisi olan Qəzzada 1,9 milyon insanın İsrailin hücumları səbəbindən məcburi köçkün edildiyi xatırladılıb.

Bəyanatda məcburi köçkün olan fələstinlilərin əksəriyyətinin müvəqqəti çadırlarda yaşamaq məcburiyyətində qaldığı vurğulanıb.

Qəzzadakı evlərin əksəriyyətinin tamamilə dağıldığı və ya yaşayış üçün yararsız hala düşdüyü vurğulanan bəyanatda əlavə edilib: \"İnfrastrukturun və həyatların yenidən qurulması, travmanın sağalması üçün illər lazım olacaq\".

Qeyd edək ki, BMT-nin məlumatına görə, İsrailin hücumları nəticəsində Qəzzada 160.000 ev dağıdılıb, 276.000 ev isə böyük və ya qismən zərər görüb.

Gülay
Seçilən
20
azxeber.com

1Mənbələr