AZ

Azərbaycan milli mətbuatının 150 illiyi ilə bağlı yubiley medalı əcnəbilərə də verilə bilər

“Azərbaycan milli mətbuatının 150 illiyi” yubiley medalı ilə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər də təltif edilə bilər.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, bu barədə yubiley medalı haqqında Əsasnamədə qeyd olunub.

Əsasnamənin birinci maddəsində deyilir:

"Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025)" yubiley medalı ilə media sahəsinin inkişafında xüsusi xidmətləri olan, bu sahədə səmərəl fəaliyyət göstərən və ya media ilə əməkdaşlıqda fərqlənən Azərbaycan vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər təltif ediləcəklər.

Seçilən
16
21
operativmm.az

10Mənbələr