AZ

Orban Rusiyaya qarşı sanksiyalarını uzadılması üçün Kiyevə ultimatum verdi

"Ukrayna Rusiya qazının Mərkəzi Avropaya tranzitini bərpa edərsə, sanksiyaların müddəti uzadıla bilər".

Turkustan.az xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban Kossuth radiostansiyasının səhər proqramında çıxışı zamanı deyib. O, bildirib ki, Aİ-nin Rusiyaya qarşı sanksiyaları yalnız Ukraynanın Rusiya qazının Mərkəzi Avropaya tranzitini bərpa etməsi, “Türk axını” boru kəmərinə hücumları dayandırması və neft tranzitinin davam etdirilməsinə təminat verməsi şərti ilə uzadıla bilər.

O, Avropa İttifaqının digər liderlərinə deyib ki, “Ukrayna Rusiyaya qarşı sanksiyalar da daxil olmaqla, yardım almaq istəyirsə, o zaman üç şərti yerinə yetirməlidir: qaz tranzitini bərpa etmək, “Türk axını” qazına hücum üçün hərbi vasitələrdən istifadə etməmək və Rusiya neftinin öz ərazisi ilə Avropaya nəqlinə qadağa qoymamaq".

Orban xəbərdarlıq edib ki, əks halda bir həftə sonra qərar veriləcək sanksiyalar uzadılmayacaq.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
22
17
turkustan.az

10Mənbələr