ABŞ prezidenti Donald Tramp Qrenlandiyanın ABŞ-ın milli təhlükəsizliyi baxımından əhəmiyyətini vurğulayaraq, bu ərazinin alınmasının vacib olduğunu bildirib. Kopenhagendəki Danimarka Kral Müdafiə Kollecinin analitiki Mark Yakobsenin fikrincə, Rusiya raketlərinin ABŞ-a ən qısa yolu Şimal qütbündən, Qrenlandiyadan keçir.
QHT.az xəbər verir ki, Rusiyanın Arktikada hərbi gücünü artırması Qrenlandiyanın strateji əhəmiyyətini daha da artırır. Hazırda Rusiya Şimaldakı Nagurskoye aviabazasında nüvə bombardmançıları, raketlər və müşahidə sistemləri yerləşdirib, nüvə sualtı qayıqları və buzqıran donanması isə regionda Kreml təsirini gücləndirir.
Danimarka Qrenlandiyada hərbi mövcudluğunu artırmaq üçün yeni pilotsuz uçan aparatlara, gəmilərə və F-35 döyüş təyyarələri üçün aviabazaya sərmayə qoymağı planlaşdırır. Lakin ABŞ bu tədbirləri kifayət hesab etməyərək Qrenlandiyaya nəzarəti öz üzərinə götürmək istəyir.
R.İmanov