AZ

Ukrayna PUA-ları bu gecə Rusiyaya kabus yaşadıb

 Ukrayna tərəfi ötən gecə rekord sayda PUA ilə Rusiyaya hücum təşkil edib.

SeherXeber.org xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin verdiyi rəsmi məlumata görə, yanvarın 24-nə keçən gecə hava hücumundan müdafiə qüvvələri Ukraynanın 121 PUA-nı ələ keçirərək məhv edib.

Bildirilir ki, bu Ukraynanın 2025-ci ilin əvvəlindən bəri ən böyük PUA hücumu olub.

 Rusiya mediasının verdiyi xəbərə görə,  PUA-ların bir çox Rusiya hava  hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilə bilmədiyindən 

ciddi  dağıntılara yol açıb.

PUA hücumu nəticəsində Rusiyanın 5 şəhərində hava limanı  fəaliyyətini müvəqqəti olaraq dayandırıb.

Mürtəza

SeherXeber.org

Seçilən
17
30
seherxeber.org

10Mənbələr