AZ

Ukraynanın 49 PUA-sı vuruldu

Rusiya hava hücumundan müdafiə qüvvələri gecə saatlarında ölkənin 7 bölgəsində Ukrayna ordusuna məxsus 49 təyyarə tipli pilotsuz uçuş aparatını (PUA) məhv edib.

"Cebheinfo.az" "Sputnik News"a istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin bəyanatında “Dünən gecə növbətçi hava hücumundan müdafiə sistemləri Ukraynaya məxsus 49 PUA-nı ələ keçirib və məhv edib”, -  deyə bildirib. 

Hava hədəflərindən 25-i Rostov vilayətində vurulduğu halda, 8 PUA Volqoqrad vilayətində, 6-sı Kursk vilayətində və 4-ü Yaroslavl vilayətində ələ keçirilib.

Həmçinin Belqorod, Voronej və Krasnodar vilayətlərində iki hava hədəfinin məhv edildiyi bildirilib.

Volqoqrad vilayətində vurulan PUA-nın hissələrinin neft emalı zavoduna düşməsi nəticəsində baş verən yanğın qısa zamanda söndürülüb. Hadisə zamanı yaralanan 1 nəfərin xəstəxanaya aparıldığı bildirilib.

Seçilən
13
16
cebheinfo.az

10Mənbələr