AZ

ABŞ dövlət katibi və Hakan Fidan Azərbaycanla sülh sazişini müzakirə edib

ABŞ Dövlət katibi Marko Rubio Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə telefonla danışıb.

AzPost bildirir ki, bu barədə Dövlət Departamentinin sözçüsü Temmi Brus brifinqdə deyib.

Tərəflər ABŞ-Türkiyə münasibətlərinin əhəmiyyətini, Türkiyənin NATO-nun əsas müttəfiqi kimi rolunu və bölgədəki ortaq maraqlarını bir daha təsdiqləyib.

Dövlət katibi Rubio xarici bədxahların Suriyanın keçid prosesindən öz məqsədləri üçün istifadəsinin qarşısını almaq üçün Suriyada əhatəli keçidin zəruriliyini vurğulayıb.

Dövlət katibi və xarici işlər naziri Ermənistan və Azərbaycan arasında davamlı sülhün vacibliyini də müzakirə ediblər.

Dövlət katibi həmçinin Boludakı faciəvi otel yanğını nəticəsində insan tələfatı və yaralananlarla bağlı dərin hüznlə başsağlığı verib.

 

Seçilən
14
3
azpost.info

10Mənbələr