BP bu il “Qarabağ” yatağının işlənməsi layihəsinə daxil olmağı planlaşdırır.
BP şirkəti cari ildə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Qarabağ” yatağının işlənməsi layihəsinə daxil olmağı planlaşdırır.
"Operativ Media" xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib.
"2024-cü ilin sentyabrında Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR ilə “Qarabağ” yatağı üzrə Anlaşma Memorandumu imzaladıq. Hazırda memorandum çərçivəsində bu yatağın işlənməsi üzrə mövcud sazişə BP-nin daxil olması şərtləri ilə bağlı danışıqlar və müzakirələr aparılır", - B.Aslanbəyli qeyd edib.