“AVK” şirkəti gömrük qaydalarını pozmaqda ittiham edilir.
Valyuta.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi) maddəsi ilə inzibati iş başlanıb.
İş baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilib. Yanvarın 30-na iş üzrə məhkəmə baxış iclası təyin edilib. İclas hakim Nigar İmanovanın sədrliyi ilə keçiriləcək.
Qeyd edək ki, 485.2-ci maddəyə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.
Hüseyn