AZ

"Hermano" MMC-ə cərimə protokolu tərtib edilib

"Hermano" Məhdud Məsuliyyətli Cəmiyyəti gömrük qaydaları əleyhinə olan inzibati xəta üzrə cərimə oluna bilər.

Valyuta.az-ın məlumatına görə, protokol İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə iddası irəli sürülüb.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddasinə görə,  Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə -vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.

İşə 7 fevral tarixində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Hafiz Kamranovun sədrliyi ilə baxılacaq.

Sabiq İsbəndərli

Seçilən
13
17
valyuta.az

10Mənbələr