29 nəfər sertifikasiyadan kəsildiyi üçün müraciət ediblər.
“Məktəb öz əvvəlki nüfuzunu necə bərpa etməlidir sualına cavab axtarırırq. Cavab bundan ibarətdir ki, ilk növbədə müəllim yerində olmalıdır. 29 nəfər müəllim bizə sertifikasiyadan kəsildiyi üçün müraciət edib, onlara haqsızlıq edilməsindən və işsizlikdən danışıblar. Axı, müəllim kimi 10-20 il fəaliyyət göstərəndən sonra imtahanda nəticə göstərməyiblərsə, onlara hansı iş çıxarmalıdır. Müəllimlik alınmırsa, başqa nə iş ola bilər?”.