Bakı. Trend:
Sahibsiz heyvanlara qarşı rəftarla bağlı kompleks dinləmələrhəyata keçirilməlidir.
Trend xəbərverir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika vəekologiya komitəsinin üzvü Naqif Həmzəyev komitənin bu günkeçirilən iclasında deyib.
Millət vəkili bildirib ki, paytaxtda bununla bağlı problemlərnisbətən azdır:
“Digər regionlarda icra nümayəndəlikləri, bələdiyyələr,vətəndaşlar – heç kim sahibsiz heyvanlarla rəftarı bilmir. Hər kəsöz bildiyi üslubda davranır. Elə biabırçı vəziyyət yaranıb ki,sosial şəbəkələrdə yayılan görüntülərə baxanda insanın ürəyiağrayır”.
Naqif Həmzəyev əlavə edib ki, regionlarda heyvanlara rəhmsizrəftarın aradan qaldırılması üçün müəyyən şəraityaradılmalıdır.
“Komitədə ictimai dinləmələr keçirilsə, aidiyyəti şəxslərhesabat versələr, bizə tutulan iradlar da azalar. Vətəndaşlaraqarşı da heç nə edə bilmirik, onların tərəfini saxlayırıq, deməli,problem həm də bizdədir, müəyyən addımlar atılmalıdır”, - deyədeputat əlavə edib.