Sabunçu rayonunda yerləşən OBA-8 mağazasında baş verən olayla bağlı artıq Daxili İşlər Nazirliyi araşdırmalara başlayıb.
Publika.az xəbər verir ki, bu barədə Axar.az-a DİN mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev deyib.
O bildirib ki, araşdırmanın nəticəsindən asılı olaraq ictimaiyyətə əlavə məlumat veriləcək.
Vəkil Aqil Layıcov isə açıqlamasında şəxsiyyət vəsiqəsinin girov saxlanılmasının inzibati xəta olduğunu vurğulayıb. Vəkilin sözlərinə görə, bu halda inzibati xətaya yol verən şəxs 500 manatadək cərimə olunur: