AZ

Sərt sanksiya siyasəti: Tramp özündən əvvəlkilərdən fərqli olaraq… – FOTO

“Ağ Evin yeni sahibi Donald Trampın əsas hədələdiyi ölkələrdən biri cənub qonşusu Meksikadır. Tramp hesab edir ki, müxtəlif ölkələrdən qaçqınlar məhz Meksika üzərindən ABŞ-yə daxil olur. Ağ Evin yeni sahibi Amerikaya gizli yollarla daşınan narkotik maddələrin də Meksika mənşəli olduğu qənaətindədir. Bu gedişlə Tramp Meksikada istehsal olunan məhsullara gömrük tariflərini artırmaqla yanaşı, sərhəddən keçidlərin də qarşısını almağa çalışacaq”.

Medianews.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu bildirib.

O qeyd edib ki, ötən ilin oktyabr ayında Meksika Prezidenti seçilən Klaudiya Şeynbaum də Trampın atacağı addımlar cavab tədbirləri hazırlayıb.

Sərt sanksiya siyasəti: <span style=color:red>Tramp özündən əvvəlkilərdən fərqli olaraq... - FOTO

Politoloq Trampın Kubaya qarşı sərt sanksiya siyasəti tərəfdarı olmasına da diqqət çəkib: “Meksika ABŞ-a boylanmadan azad və müstəqil xarici siyasət kursunu müəyyənləşdirməlidir” deyən xanım Şeynbaum buna nümunə kimi Kuba ilə artan tərəfdaşlıq münasibətlərini göstərib. Məlumdur ki, Donald Tramp özündən əvvəlki demokrat prezidentlərdən fərqli olaraq, Kubaya qarşı sərt sanksiya siyasətinin davam etdirilməsinin tərəfdarıdır. Meksika isə son illərdə Kuba ilə əməkdaşlığı genişləndirib. Meksika hökuməti Kubaya ərzaq və yanacaq göndərir, kubalı peşəkar həkimləri isə bu ölkəyə dəvət edilir. Pandemiya dövründə kubalı həkimlər Meksikada çalışıblar. Meksika Venesuelladan sonra Kubanın ikinci neft təchizatçısına çevrilib. Hesablamalara görə, Kuba enerjiyə olan ehtiyacının dörddə bir hissəsini Meksikadan əldə etdiyi yanacaq hesabına təmin edir”.

Sərt sanksiya siyasəti: <span style=color:red>Tramp özündən əvvəlkilərdən fərqli olaraq... - FOTO

E.Şahinoğlunun qənaətincə, Meksikanın bu siyasəti ABŞ-nin Kubaya qarşı tətbiq etdiyi embarqoya ziddir: “Tramp və ya ABŞ Konqresi buna görə Meksikaya qarşı sanksiyalar tətbiq edə bilər. Ancaq görünən odur ki, Meksika Prezidenti Trampın hədələrindən çəkinmir. Əksinə, “Meksika xalqı kubalılarla həmrəydir” deyən xanım Prezident bu sözləri ilə Trampa meydan sulamış olur. Təsadüfi deyil ki, Kuba Prezidenti Migel Diaz-Kanel bir neçə il ərzində Meksikaya 5 dəfə səfər edib”.

Turan ORUC

Seçilən
19
medianews.az

1Mənbələr