AZ

Asfalt və yaşıllıq problemlərinin həlli üçün monitorinqlər davam edir - FOTOLAR

Bakı Şəhər İcra Hakimiyyətinin əməkdaşları və “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri tərəfindən birgə həyata keçirilən monitorinqlər Sabunçu rayonunda davam etdirilib. Monitorinq zamanı ərazi üzrə asfalt örtüklərinin yenilənməsi, rahat və təhlükəsiz hərəkət üçün mövcud səkilərin bərpası, yaşıllıq zolaqlarının salınması, küçələrin işıqlandırılması və digər istiqamətlərdə qeydlər aparılıb.

QHT.az xəbər verir ki, aşkar olunan çatışmazlıqların aradan qaldırılması üçün növbəti mərhələdə aidiyyəti qurumlarla əməkdaşlıq əsasında tədbirlərin icrasına başlanılacaq.

Xatırladaq ki, monitorinqlər Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyi arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində davamlı olaraq həyata keçirilir.

Seçilən
19
qht.az

1Mənbələr