AZ

Azı 9 general və 500 polkovnik... - Rusiyanın hərbi itkilərilə bağlı maraqlı məlumat açıqlandı

Rusiyanın Ukraynaya müdaxiləsi zamanı həlak olan ən azı 90 019 rus əsgərinin adı müəyyən edilib. Son iki həftə ərzində isə 1964 ölüm faktı təsdiqlənib.

“AzPolitika” xəbər verir ki, bu barədə BBC Rus Xidməti və “Mediazona”-nın araşdırmasında bildirilir. Məlumatlar açıq mənbələrdən jurnalistlər və könüllülər tərəfindən toplanır.

Tədqiqat müəllifləri qeyd edirlər ki, öldürülənlərin 23 faizi, yəni demək olar ki, hər dördüncü şəxs müharibə başlayandan sonra ordu ilə müqavilə bağlamış insanlardır. 2023-cü ilin noyabrında bu rəqəm ümumi itkilərin 14 faizi olub.

Araşdırmada bildirilir ki, öldürülənlərin yarıdan çoxunun müharibənin başlanğıcında rus ordusu ilə əlaqəsi olmayıb. Onların 17 faizi məhbus, 12 faizi müharibəyə səfərbər edilmişlərdir.

Jurnalistlər məhkəmə prosesində və ya cinayət təhqiqatı zamanı Müdafiə Nazirliyi ilə müqavilə bağlayan şəxsləri də könüllü kimi təsnif edirlər. Onların arasında ölənlərin sayı 2023-cü ilin oktyabrından etibarən kəskin artmağa başlayıb. Könüllülər arasında ümumi itkilər ən yüksəkdir - demək olar ki, 21 min nəfər təşkil edir.

Yenilənmiş məlumatlara görə, 2024-cü ildə öldürülənlərin orta yaşı, 36 yaş idi.

Araşdırmada bildirilir ki, müharibədə ölənlərin 17 faizi karyerasını davam etdirən hərbi qulluqçulardır. Jurnalistlərin siyahısına 9 general və rütbəsi polkovnik-leytenantdan yuxarı olan 500 hərbi qulluqçu daxildir. 24 yanvar tarixinə bölgələrdən ən çox ölüm Başqırdıstanda olub. Bu bölgədəki səlahiyyətlilər və media ümumilikdə 3932 nəfərin həlak olduğunu qeyd edirlər.

Tədqiqatçılar ölənlərin siyahısını açıq mənbələrdən gələn xəbərlər əsasında hazırlayır. Bura media, yerli administrasiyaların açıqlamaları, qohumlarının sosial şəbəkələrdəki yazıları və qəbiristanlıqlardan alınan məlumatlar daxildir.

Rusiya hakimiyyəti cəbhədəki itkilər barədə rəsmi məlumat vermir. 2024-cü ilin fevralında Ukrayna Prezidenti Volodimir Zelenski bildirmişdi ki, Ukrayna Silahlı Qüvvələri müharibə başlayandan bəri 31 000 nəfər itirib. Açıq məlumatlara əsaslanan UALosses layihəsi isə həlak olan Ukrayna əsgərlərinin sayının 63,5 min nəfər olduğunu açıqlayıb.

Qərb kəşfiyyatı hesab edir ki, həm Rusiyadan, həm də Ukraynadan yüz minlərlə insan həlak olub və yaralanıb, Rusiyanın itkiləri isə daha yüksəkdir. ABŞ Prezidenti Donald Tramp deyib ki, Ukraynada bir milyona qədər rus əsgəri və ən azı 700 min ukraynalı həlak olub. Tramp bu iddialarla bağlı mənbə göstərməyib.

Rasim Əliyev

“AzPolitika.info”

Seçilən
10
azpolitika.info

1Mənbələr