AZ

İndoneziyada torpaq sürüşməsi nəticəsində25 nəfər ölüb

İndoneziyanın Yava adasında baş verən torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 25 nəfərə çatıb.

“Yeni Azərbaycan" xəbər verir ki, bu barədə “Reuters” agentliyi yerli xilasetmə xidmətinin nümayəndəsinə istinadən məlumat verib.

Mərkəzi Yava əyalətinin Pekalonqan şəhəri yaxınlığında təbii fəlakət çərşənbə axşamı güclü yağışlar nəticəsində baş verib. Xilasedicilər davam edən leysan və duman səbəbindən axtarışları dayandırmağa məcbur olublar.

Qeyd edək ki, daha əvvəl 21 nəfərin öldüyü barədə məlumat verilmişdi.

Havar Şəfiyeva

Seçilən
21
yeniazerbaycan.com

1Mənbələr