Rusiyanın Qara dənizdəki kurortları artıq mazut tullantılarına görə istirahət üçün yararlı deyil. APA-Rusiya bürosu "ЕЖ" (keçmiş Brief) teleqram kanalına istinadən xəbər verir ki, bu barədə Rusiya t təbii sərvətlər və ekologiya naziri Aleksandr Kozlov bildirib.
Nazir söz verib ki, çimərliklər yalnız 2026-cı ilin kurort mövsümünə qədər bərpa olunmalıdır.
Qeyd edək ki, ötən ilin sonunda Qara dənizdə Rusiyanın neft daşıyan tankeri qəzaya uğrayıb. Nəticədə tonlarla mazut dənizə axıb.