Bundesverin Texniki Xidmət, Avadanlıq və İnformasiya Texnologiyaları üzrə Federal İdarəsi sualtı qayıqların aktiv özünümüdafiəsi üçün Thyssenkrupp Marine Systems (TKMS) ilə müqavilə imzalayıb.
Herbiand.az bildirir ki, sövdələşmə 2024-cü ilin sonunda imzalanıb.
Müqaviləyə əsasən, TKMS Almaniyanın silah istehsalçısı Diehl Defence ilə əməkdaşlıq edərək sualtı müdafiə və hücum sistemini inkişaf etdirəcək.
Suyun altında olan zaman sualtı qayıqdan hava hədəflərini vura bilən idarəolunan zenit-raket yaratmaq üçün hər iki şirkət öz təcrübələrini birləşdirəcək.
Yeni texnologiya Thyssenkrupp Marine Systems və Diehl Defence şirkətlərinin müştəriləri üçün əlçatan olacaq, sualtı qayıqların və onların ekipajlarının mühafizəsində inqilab edəcək.
Bəxtiyar CƏFƏRLİ