AZ

“Ermitaj” muzeyində təxliyə

Sankt-Peterburqda yerləşən “Ermitaj” muzeyinə gələn ziyarətçilər və işçilər təxliyə olunub.

Rusiya mediası xəbər verir ki, buna səbəb muzeyə gələnlərin təhlükədə olması barədə məlumatın daxil olması olub.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları binanı yoxlayır.

Qeyd edək ki, təxliyə səbəbindən muzeyi gəzə bilməyən qonaqlar sabah eyni biletlərdən istifadə edə biləcəklər.

“Cebheinfo.az”

Seçilən
30
2
cebheinfo.az

10Mənbələr