Bakı. Trend:
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru professor Ədalət Muradovunrəhbərlik etdiyi nümayəndə heyəti Özbəkistanın paytaxtı Daşkəndşəhərində rəsmi səfəri çərçivəsində bir sıra mühüm görüşlər keçiribvə əməkdaşlıq sahələrində yeni perspektivlərə imza atıb.
Trend xəbərverir ki, bu barədə UNEC məlumat yayıb.
Bildirilib ki, səfər zamanı UNEC ilə Daşkənd BeynəlxalqUniversiteti (DBU), Bank-Maliyyə Akademiyası (BMA), Daşkənd Dövlətİqtisad Universiteti (DDİU) və Özbəkistan Milli Universiteti (ÖMU)arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində müqavilələrimzalanıb.
İlk olaraq, UNEC nümayəndə heyəti Daşkənd BeynəlxalqUniversitetində (DBU) olub. UNEC rektoru prof. Ədalət Muradov vəDBU-nun İcraçı Direktoru İskandar Yuldaşev arasında keçirilənmüzakirələrdə universitetlərarası əməkdaşlıq və ortaq layihələrbarədə fikir mübadiləsi aparılıb. Görüşün nəticəsi olaraq, tərəflərarasında əməkdaşlıq memorandumu imzalanıb.
Daha sonra UNEC nümayəndə heyətinin Özbəkistanın Bank-MaliyyəAkademiyasında (BMA) görüşü keçirilib. BMA-nın rektoru professorElmurod Hoshimov ilə təşkil olunan görüşdə ali təhsil sahəsindəkiqlobal çağırışlar və rəqəmsal transformasiya barədə müzakirələraparılıb. Müzakirələrin sonunda UNEC və BMA arasında əməkdaşlığıngenişləndirilməsi məqsədilə memorandum imzalanıb.
Növbəti işgüzar səfər isə 50 minə yaxın tələbə heyəti iləÖzbəkistanın ən nüfuzlu və perspektivli ali təhsil ocaqlarındanbiri olan Daşkənd Dövlət İqtisad Universitetinə (DDİU) olub. UNECrektoru Ədalət Muradov və DDİU-nun rektoru professor TulkinTeşabayev arasında əməkdaşlıq sahələri müzakirə olunub vəmümorandum imzalanıb. Memoranduma əsasən, UNEC və DDİU arasındailkin olaraq, MBA proqramları üzrə ikili diplom proqramının həyatakeçirilməsi qərara alınıb.
UNEC ilə Özbəkistanın Dayanıqlı İnkişaf Mərkəzi arasında daönəmli əməkdaşlıq əlaqələri qurulub. Belə ki, Özbəkistan Dayanıqlıİnkişaf Mərkəzinin İdarə Heyətinin sədri Marifcan Usmanovuniştirakı ilə keçirilən görüşdə UNEC-in Nizami Gəncəvi adına Davamlıİnkişaf və Yaşıl İqtisadiyyat Tədqiqat Mərkəzi ilə əməkdaşlıqmemorandumu imzalanıb.
Memorandumda Azərbaycan və Özbəkistanla yanaşı, Türk DövlətləriTəşkilatına üzv olan digər ölkələrdə qlobal və milli inkişafməqsədlərinin tətbiqi vəziyyətinin öyrənilməsi məqsədilə birgə elmilayihələrin hazırlanması, beynəlxalq konfransların keçirilməsi,təcrübə mübadiləsi, müştərək elmi məqalə və jurnalların nəşrinəzərdə tutulub.
UNEC-in növbəti əməkdaşlığı Özbəkistan Milli Universiteti (ÖMU)ilə baş tutub. Belə ki, ÖMU-nun rektoru, professor İnom Məcidov iləUNEC nümayəndələri arasında əməkdaşlıq istiqamətlərində genişmüzakirələr aparılıb. Görüşdə təhsil sektorunun müasir çağırışları,bu sahədəki uğurlu yanaşmalar, həmçinin, təhsil və elminrəqəmsallaşması, müasir təhsil texnologiyalarının tətbiqi vəbeynəlxalq əməkdaşlığın əhəmiyyəti vurğulanıb.
Müzakirələrin yekunu olaraq, UNEC və ÖMU arasında elm və təhsilsahəsində yeni imkanların yaradılmasını və gələcəkdə daha sıxəməkdaşlıq imkanlarını özündə ehtiva edən əməkdaşlıq memorandumuimzalanıb. Memorandumda hər iki universitet arasında ikili diplomproqramının həyata keçirilməsi nəzərdə tutulub.