Ermənistan üçüncü dövlətlərin iştirakı olmadan ölkə sərhədlərinə müstəqil şəkildə nəzarət etməlidir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ölkənin xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan bildirib.
“Bilirsiniz ki, Ermənistanın sərhədlərinə nəzarət həmişə üçüncü ölkə tərəfindən həyata keçirilib. Nəhayət, sərhədimizə özümüz nəzarət etməyi bacarmalıyıq”, - diplomat bildirib.
Hovhannisyan əlavə edib ki, Vaşinqtonun hərəkətləri İrəvanın Ermənistan sərhədlərinə nəzarəti saxlamaq imkanlarını təkmilləşdirməyə yönəlib.