AZ

“Kapital Bank”ın dollar istiqrazlarına 120 investor 127 sifariş təqdim edib

29 dekabr 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə əsas bazar seqmentində listinqə daxil edilmiş “Kapital Bank” ASC-nin buraxılış həcmi 25 milyon ABŞ dolları olan istiqrazların Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə yerləşdirilməsi 24 yanvar 2025-ci il tarixində yekunlaşıb. 

Marja.az Birjaya istinadən xəbər verir ki, istiqrazlara 120 investor 127 sifariş təqdim edib. Buraxılış tam məbləğdə yeriləşdirilib. 

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı: "Kapital Bank” ASC

Dövlət qeydiyyat nömrəsi – İSİN

AZ2015005153: İstiqrazın növü və forması

İstiqraz faizli, təmin edilməmiş sənədsiz adlı: 

Ticarət üsulu/forması: Kütləvi/Abunə yazılışı: 

İstiqrazın sayı: 250,000 (ədəd)

İlkin ticarət qiyməti:  100 ABŞ dolları

Buraxılış həcmi:  25 000 000 ABŞ dolları

İllik gəlirlilik faizi: 7%

Ödəmə Periodu:  İldə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürülməklə hər 30 (otuz) təqvim gününün başa çatması tarixindən növbəti 3 (üç) iş günündən gec olmayaraq ödənilir

Tədavül müddəti:  7 il

Hərrac qiyməti:  100 ABŞ dolları

Reallaşdırılmış həcm:  25 000 000 ABŞ dolları

Sifarişlərin ümumi həcmi (nominal qiymətlə):  25 000 000 ABŞ dolları

İnvestor sayı:  120

Sifariş sayı:  127

İstiqrazların ödəmə tarixi:  13.01.2032

Anderrayter:  “PAŞA Kapital İ.Ş” QSC

Seçilən
16
marja.az

1Mənbələr