AZ

Tiflisdə sərnişinlər kartla gediş haqqını ödəyərkən qurğudan Aİ himni və Putinə söyüşlər eşidildi...-VİDEO

“Bank of Georgia”nın idarə etdiyi Tiflisin ictimai nəqliyyatının ödəniş sisteminə haker hücumu həyata keçirilib.
 
Moderator.az bu haqda  Bu barədə Gürcüstan paytaxtının meri Kaxa Kaladze jurnalistlərlə söhbətində sistemin dayandırılması ilə bağlı qərarın verildiyini bildirib.
 
Haker hücumu nəticəsində avtobus və mikroavtobusların sərnişinləri kartla gediş haqqını ödəyərkən qurğudan Gürcüstanın və Avropa İttifaqının himnləri, keçmiş gürcü siyasətçilərinin sözlərindən parçalar, etiraz mitinqləri zamanı edilən çıxışlardan epizodlar, “Yaşasın Gürcüstan, yaşa Ukrayna” şüarları, eləcə də Rusiya diktatoru Putinə söyüşlər səsləndirilib. 
 
“İstintaq kiberhücumun harada edildiyini mütləq üzə çıxaracaq. Hazırda avtobus və mikroavtobuslarda gediş haqqı alınmır. Ödəniş sisteminin bərpası istiqamətində işlər aparılır”, - deyə o bildirib.
 
Son məlumatlara görə, artıq Tiflisdə ictimai nəqliyyatının ödəniş sisteminə haker hücumu aradan qaldırılıb və nəqliyyatın hərəkəti bərpa edilib.

 

S.Laçın
Seçilən
19
50
moderator.az

10Mənbələr