AZ

Kimmix İspaniya yolunda

Almaniya Bundesliqası komandalarından “Bavariya”nın şərəfini qoruyan Coşua Kimmix karyerasını İspaniyada davam etdirə bilər.

Apasport.az xəbər verir ki, futbolçu ilə “Real Madrid” yaxından maraqlanır.

Bu barədə Almaniya mətbuatı məlumat yayıb.

Bildirilib ki, Bundesliqa təmsilçisi ilə müqaviləsi mövsüm sonunda başa çatacaq oyunçu ilə La Liqa klubu danışıqlar həyata keçirib.

“Bavariya” isə yarımmüdafiəçini itirmək istəmir.

Qeyd edək ki, 29 yaşlı futbolçu bu mövsüm Almaniya təmsilçisinin heyətində çıxış etdiyi 28 rəsmi matçda 1 qol, 7 assistlə yadda qalıb.

Yulian Naqelsmannla yeni müqavilə imzalanıb

Qollini rəsmən "Roma"da

“Milan”dan ayrıldı, Fransa klubuna keçdi

"Fənərbaxça"lılara şad xəbər: Komandadan gedir

"Barselona" "Real"ın izlədiyi futbolçunu istəyir

Seçilən
20
8
apasport.az

10Mənbələr