AZ

"Beynəlxalq Cinayət Məhkəməsi ABŞ və İsrailin hərəkətlərinə diqqət yetirməlidir" - Əfqanıstan rəsmisi

"Beynəlxalq Cinayət Məhkəməsi (BCM) Talibana deyil, ABŞ və İsrailin hərəkətlərinə diqqət yetirməlidir".

Teleqraf.com xəbər verir ki, bunu Əfqanıstanın daxili işlər nazirinin müavini Məhəmməd Nəbi Öməri deyib.

“Əgər bunlar ədalətli və vicdanlı məhkəmələr olsaydı, onlar Amerikanı məsuliyyətə cəlb etməli idilər, çünki müharibələri başlatan Amerikadır” - Öməri bildirib.

Bundan əlavə, Nəbi Öməri İsrailin baş naziri Benyamin Netanyahunun da məsuliyyətə cəlb edilməli olduğunu vurğulayıb.


Müəllif: Arzu
Seçilən
19
teleqraf.com

1Mənbələr