AZ

“PAŞA Technology”Pirallahı Yüksək Texnologiyalar Parkının rezidenti oldu

 “PAŞA Technology” MMC Pirallahı Yüksək Texnologiyalar Parkına rezidentliyə qeydiyyata alınıb.

Bu barədə Marja.az PAŞA Holdinqə istinadən xəbər verir.

Qeyd edilib ki, eyni zamanda şirkət Pirallahı Yüksək Texnologiyalar Parkı xaricində sistem inteqrasiyası sahəsində fəaliyyət göstərmək üçün rəsmi sertifikat əldə edib. Bu sertifikat şirkət strategiyasının və iş proseslərinin daha dayanıqlı inkişafına dəstək göstərəcəkdir.

Xatırladaq ki, PAŞA Technology 2018-ci ildə İT Xidməti Təminatçısı kimi yaradılmışdır. PAŞA Technology PAŞA Holding MMC-nin törəmə müəssisələri üçün İT xidmətləri, bulud hesablamaları, kibertəhlükəsizlik əməliyyatları və məlumat mərkəzinin idarə edilməsi xidmətlərini təqdim etməkdir.

Seçilən
25
marja.az

1Mənbələr