AZ

İlk dəfə bu məkanda Azərbaycan çempionatı keçiriləcək

Fevralın 11-dən 14-dək sərbəst və yunan-Roma güləşi üzrə U-20 Azərbaycan çempionatı keçiriləcək.

Fanat.Az xəbər verir ki, məlumatı Azərbaycan Güləş Federasiyasının (AGF) mətbuat xidməti yayıb. 

Yarış ilk dəfə Abşeron Olimpiya İdman Kompleksində təşkil ediləcək. AGF-nin Gənclər və İdman Nazirliyi ilə birgə təşkil edəcəyi çempionatı beynəlxalq və milli dərəcəli hakimlər idarə edəcək. Yarışın ilk 2 günündə sərbəst, növbəti 2 gündə isə yunan-Roma güləşi üzrə qaliblər müəyyənləşəcək. Gənclərdən (U-20) ibarət milli komandalara seçim xarakteri daşıyan çempionatın görüşləri hər gün saat 10:00-da başlanacaq. Medallar uğrunda qarşılaşmalara isə 16:30-da start veriləcək.

Çempionatın proqramı belədir:

11 fevral

Sərbəst güləş: 57 kq, 65 kq, 74 kq, 86 kq, 97 kq.

12 fevral

Sərbəst güləş: 61 kq, 70 kq, 79 kq, 92 kq, 125 kq.

13 fevral

Yunan-Roma güləşi: 55 kq, 63 kq, 72 kq, 82 kq, 97 kq.

14 fevral

Yunan-Roma güləşi: 60 kq, 67 kq, 77 kq, 87 kq, 130 kq.

Seçilən
17
5
fanat.az

10Mənbələr