Suriyaya qarşı əvvəllər tətbiq edilmiş sanksiyalar məsələsi mürəkkəbdir, lakin BMT bu məsələyə diqqət yetirəcək.
Bu barədə BMT Baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi Qeyr Pedersen “Al Jazeera” telekanalına bildirib.
“Suriyaya qarşı sanksiyalar mürəkkəb məsələdir və vaxt tələb edir. Lakin vəd edirəm ki, BMT bu məsələyə diqqət yetirəcək”, – o qeyd edib.
BMT Baş katibinin xüsusi nümayəndəsi ümid edir ki, dostların və BMT-nin məsləhətləri sayəsində Suriyada səhvlərdən qaçmaq mümkün olacaq.