AZ

Arauxonun məsələsinə aydınlıq gəldi

Ronald Arauxonun məsələsinə aydınlıq gəlib.

“Barselona” rəhbərliyi onunla müqaviləni yeniləməyi planlaşdırır. İnsayder Fabritsio Romanonun verdiyi xəbərdə uruqvaylı müdafiəçinin agenti ilə klub arasında aparılan danışıqların müsbət nəticələndiyi bildirilib. Yeni müqavilənin müddətinin 2031-ci ilin yayına qədər nəzərdə tutulduğu məlum olub.

Ronald “Barselona”da 2020-ci ildən çıxış edir. Onun mövcud müqaviləsinin müddəti 2026-cı ilin yayında sona çatacaq.
Arauxo bu mövsüm zədə üzündən yalnız 5 oyunda meydana çıxıb.

Seçilən
17
football-plus.az

1Mənbələr