AZ

Azərbaycan güləşçiləri Bolqarıstanda 2 medal qazanıb

Azərbaycan güləşçiləri Bolqarıstanın Varna şəhərindəki "Dan Kolov - Nikola Petrov" turnirində iki medal qazanıb.

Apasport.az xəbər verir ki, Sadiq Mustafazadə (92 kq) dairəvi sistem üzrə baş tutan mübarizədə ilk turda israilli Uri Kalaşnikova qalib gəlib - 7:4.

Həmyerlimiz ikinci turda bolqarıstanlı Radomir Stoyanova heç bir şans tanımayıb - 18:6. Mustafazadə üçüncü turda amerikalı Erik Şultsla gərgin keçən görüşdə minimalhesablı qələbə qazanıb - 8:7. Sonuncu turda gürcüstanlı Sandro Kuraşviliyə 2:5 hesabıyla uduzan Sadiq ənənəvi yarışda gümüş medal əldə edib.

Ceyhun Allahverdiyev (61 kq) təsnifat mərhələsində bolqarıstanlı Dimitar Biserkova (10:0), 1/4 finalda isə Nahşon Qarretə (15:5) tam üstünlüklə qalib gəlib. Yarımfinalda digər ABŞ təmsilçisi Devan Törnerə 2:4 hesabıyla məğlub olan Ceyhun bolqarıstanlı Denis Naimi vaxtından əvvəl (10:0) üstələyərək turniri bürünc medalla başa vurub.

 

İki güləşçimizdən medal

Güləşçimiz Çində kəmər qazanıb

Ümumrespublika seminarı Şirvan şəhərində

AGF rəsmiləri Hərbi İnstitutda görüş keçiriblər

Güləş məşqçilərinin Ümumrespublika seminarına start verilib

Seçilən
39
6
apasport.az

10Mənbələr