AZ

“Kəpəz” Malta millisinin üzvünü transfer etdi

“Kəpəz” heyətini yeni futbolçu ilə gücləndirib.

Klubdan Msport.az saytına verilən məlumata görə, Gəncə təmsilçisi Trent Buhagiarı transfer edib.

Ampluaca yarımmüdafiəçi olan oyunçu ilə “6 ay + 1 il” müddətinə müqavilə imzalanıb.

Əslən Avstraliyadan olan Buhagiar Malta yığmasının üzvüdür. Trent tarixi vətənində bir sıra klubların heyətində çıxış edib. 26 yaşlı futbolçunun son klubu İtaliya B Seriyasından “Breşiya” olub.

Seçilən
31
14
msport.az

10Mənbələr