Bakı. Trend:
Yanvarın 25-də Yer kürəsini maqnit qasırğası bürüyəcək.
Trend xəbər verir ki, bunuRusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun vəGünəş-Yer Fizikası İnstitutunun Günəş astronomiyasılaboratoriyasının rəsmi saytında təqdim olunan qrafiklərgöstərir.
Yanvarın 25-də saat 0:00-dan 3:00-dək (Bakı vaxtı ilə 1:00-dan4:00-dək) maqnitosfer qırmızı zonaya qalxacaq, lakin G1 səviyyəsinəçatmayacaq (zəif qasırğa).
Yanvarın 25-də saat 3:00-dan 6:00-dək (Bakı vaxtı ilə 4:00-dan7:00-a qədər) maqnitosfer sakit vəziyyətdə olacaq, lakin saat6:00-dan (Bakı vaxtı ilə 7:00-dan) etibarən göstəricilər, deməkolar ki, G2 səviyyəsinə (orta qasırğa) qalxmağa başlayacaq. Saat9:00-dan (Bakı vaxtı ilə 10-dan) etibarən dalğalanma səngiməyəbaşlayacaq, 12:00-da isə sarı zonada olacaq. Maqnit qasırğasınıntəxminən altı saat sonra, saat 18:00-da (Bakı vaxtı ilə 19:00-da)sona çatacağı gözlənilir.