AZ

İsrail: UNRWA yanvarın 30-dək Qüdsdəki fəaliyyətini dayandırmalıdır

İsrailin BMT-dəki daimi nümayəndəsi Denni Danon təşkilatın baş katibinə BMT-nin Fələstinli Qaçqınlara Yardım Agentliyinin (UNRWA) yanvarın 30-dək Qüdsdəki bütün fəaliyyətini dayandırması barədə xəbərdarlıq edib.

APA xəbər verir ki, bu barədə jurnalistlərə İsrailin BMT-dəki daimi nümayəndəliyi məlumat verib.

“UNRWA yanvarın 30-dan gec olmayaraq Qüdsdəki bütün fəaliyyətini dayandırmalı və şəhərdəki bütün binaları boşaltmalıdır”, - deyə Danonun BMT-nin Baş katibinə ünvanladığı bəyanatda deyilir.

Qeyd edək ki, ötən ilin oktyabr ayının 28-də Knesset ölkədə UNRWA-nın fəaliyyətini qadağan edən qanun qəbul edib. Sənədin lehinə 92, əleyhinə 10 deputat səs verib. Qanun UNRWA-nın İsrail ərazisində birbaşa və ya dolayısı ilə ofislərinin olmasını, xidmət göstərməsini və ya hər hansı fəaliyyət göstərməsini qadağan edir.

Seçilən
8
2
apa.az

3Mənbələr