AZ

Yeni ildə yanıq xəsarətləri alan qadın bu gün xəstəxanada vəfat edib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



2024-cü ilin dekabrın 31-də Sumqayıtda ehtiyatsızlıq nəticəsində yanan 63 yaşlı qadın bu gün xəstəxanada ölüb.
Oxu.Az "Report"a istinadən məlumat verir ki, hadisə şəhərin Kottec qəsəbəsində qeydə alınıb.
Belə ki, 1962-ci il təvəllüdlü Sahibə Hüseyn qızı Hüseynova evdə manqal qalayarkən ehtiyatsızlıq nəticəsində yanıb.
O dərhal xəstəxanaya çatdırılıb. Aparılan müalicələrə baxmayaraq, Sahibə Hüseynova bu gün xəstəxanada vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
Seçilən
15
2
oxu.az

10Mənbələr