Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili gələn həftə Ermənistana səfər edəcək.
Teleqraf.com-un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan XİN başçısının Ermənistan səfiri Aşot Smbatyanla keçirdiyi görüşdə bildirilib.
Həmçinin Gürcüstan və Ermənistan arasında Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının gələn həftəyə planlaşdırılan iclasına da toxunulub. Toplantının əməkdaşlığın yeni istiqamətlərini müəyyən etmək üçün yaxşı fürsət olduğu vurğulanıb.
Tərəflər iki ölkə arasında ənənəvi dostluq münasibətlərini və ikitərəfli əməkdaşlığın gündəliyində duran aktual məsələləri müzakirə ediblər.
Müəllif: Cəmilə Babayeva