Pit Heqset ABŞ-ın növbəti müdafiə katibi seçilib. Senatda keçirilən səsvermə zamanı o, minimum səslə bu vəzifəyə təyin olunub. Belə ki, 50 səs lehinə, 50 səs əlehinə olan səsvermədə bərabərliyi vitse-prezident Ceyms Devid Vensin verdiyi son səs pozub.
Xatırladaq ki, səsvermə Pentaqonun yeni rəhbərinə qarşı içki aludəçiliyi və qadınlara qarşı aqressiv davranış iddiaları fonunda baş tutub.
Mətləb Salahov