AZ

Ölkə ərazisində hava yağmursuz keçir - Faktiki hava

Saat 9:00-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib.

Milli Hidrometeorologiya Xidmətindən Teleqraf.com-a verilən məlumata görə, gecə saatlarında bəzi qərb rayonlarında hava arabir yağıntılı olub, dağlıq ərazilərdə qar yağıb. Yağan qarın hündürlüyü Şahbuzda 5, Daşkəsəndə 1 sm-dir.

Sumqayıt, Qusar, Naftalan, Şəmkir, Qobustan, Yevlax, Zərdab, Sabirabadda duman müşahidə olunub. Dumanda görünüş 50-200 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 4, Aran rayonlarında 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, Naxçıvan MR və dağlıq rayonlarda 8 dərəcəyədək şaxta qeydə alınıb.


Müəllif: Teleqraf.com
Seçilən
9
50
teleqraf.com

10Mənbələr