Norveçin “Rusenborq” klubunun futbolçusu Sverre Nyupan karyerasını İngiltərədə davam etdirə bilər.
Msport.az xəbər verir ki, bu barədə məşhur insayder Fabritsio Romano paylaşım edib.
Onun sözlərinə görə, “Mançester Siti” gənc və perspektivli yarımmüdafiəçi ilə maraqlanır.
18 yaşlı oyunçu mümkün keçidin təfərrüatlarını müzakirə etmək və “şəhərlilər”in məşqçilər korpusunun planları ilə tanış olmaq üçün yaxın vaxtlarda Mançesterə gedəcək.
Norveçli futbolçunun heyətə cəlb olunandan sonra icarəyə veriləcəyi gözlənilir.
Qeyd edək ki, Sverre Nyupan peşəkar karyerasında 73 oyun keçirib, 15 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.