Stiven Cerrard “Əl-İttifaq”ın baş məşqçisi postunu tərk edib.
İdman.biz xəbər verir ki, bunu Səudiyyə Ərəbistanı klubunun mətbuat xidməti açıqlayıb.
44 yaşlı ingiltərəli mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verilib. O, 2023-cü ilin iyulundan rəhbərlik etdiyi klubda ilyarım keçirib.
Qeyd edək ki, Cerrardın rəhbərliyi altında baş tutan 55 oyunda 19 qələbə və 16 heç-heçəsi olan “Əl-İttifaq” 20 dəfə uduzub.
İdman.biz